Hadisə Səbail rayonu ərazisində, İstiqlaliyyət küçəsində qeydə alınıb.
24 yaşlı Murad Ağalar həmin ərazidə yolun piyadaların keçməsi üçün nəzərdə tutulmayan hissəsindən digər tərəfinə keçmək istəyib. Bu zaman 6 nömrəli xətt üzrə hərəkət edən sərnişin avtobusu onu vurub. Ağır bədən xəsarətləri və kəllə-beyin travması alan M.Ağalar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib və orada əməliyyat olunub.
Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndiriblər.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır. ( report.az )
İnterpress.az