Antalyaya raket zərbəsi ilə bağlı 25 nəfər tutuldubackend

Antalyaya raket zərbəsi ilə bağlı 25 nəfər tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, əməliyyatlar İstanbul və Ankara daxil olmaqla ölkənin bir çox bölgəsində keçirilib. Saxlanılanların PKK terror təşkilatı ilə əlaqəli olduğu bildirilir.

Qeyd edək ki, Antalya-Kəmər magistral yolu ötən gün raket zərbəsinə məruz qalıb. Dağlıq ərazidən dəniz istiqamətində atılan üç raket balıq emalı müəssisəsinə məxsus obyektlərə dəyib. İnsident nəticəsində xəsarət alan olmayıb.

İnterpress.az