Hadisə rayonun Şərifzadə küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 18 yaşlı İsabala Allahverdiyev naməlum şəraitdə bıçaqlanıb.
O, yaralı vəziyyətdə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Dərhal əməliyyat olunan gəncin həyatını xilas etmək mümkün olub.
Hadisə ilə bağlı əməliyyat tədbirləri görülür.
Faktla bağlı cinayət işi başlanıb.
İnterpress.az