Hadisə səhər saatlarında Şirvan-Salyan magistralında Hacıqəhrəmanlı qəsəbəsinin ərazisində baş verib.
Salyan rayonunun Arxarası kənd sakini, 1980-ci il təvəllüdlü İsmayılov Teymur İbrahim oğlunun idarə etdiyi “Lada Priora” markalı \”99 GD 997\” dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq “Qanlı dərə” adlanan yerə aşıb. Nəticədə sürücü kəllə-beyin travması ilə ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır. (apa)
İnterpress.az