İnterpress.az “Dünyabulteni”-nə istinadən xəbər verir ki, ABŞ Xarici İşlər Naziri Con Kerri Suriyada yaranan vəziyyətə görə Rusiyaya yeni sanskiyaların tətbiqini müzakirə etdiklərini bildirib. O, bir neçə gün sonra tam qərarın veriləcəyini ifadə edib.
İngiltərə Xarici İşlər Naziri Boris Conson da Rusiyaya sanksiya təyziqinin sərtləşməyinin tərəfdarı oluğunu açıqlayıb. Conson Suriya böhranının müzakirə edildiyi çoxtərəfli iclasdan sonra deyib: “Rusiya təzyiqi hiss etməyə başlayıb. Bu təzyiqi davam etdirməyimiz həyati əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, Kerridən başqa bu iclasda İngiltərə, Fransa, Səudiyyə Ərəbistanı, Ürdün xarici işlər nazirləri və Almaniya, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Avropa Birliyindən nümayəndələr iştirak edib.
İnterpress.az