“Qış rejimi 15 gün əvvələ çəkilsin”backend

“Qış rejimi 15 gün əvvələ çəkilsin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəriqaz”ın mətbuat xidmətinin əməkdaşı İbrahim Kərbəlayev AzNews.az-a açıqlamasında bildirib ki, çatışmazlıqlar yaşanan, müraciət daxil olan ərazilərdə problemlər aradan qaldırılır.

Millət vəkili Aqil Abbas İ. Kərbalayevin açıqlamasına münasibət bildirib. O, əməkdaşımızla söhbətində “Azəriqaz”ın bu yanaşmasını doğru hesab etmədiyini deyib: “Necə yəni, hardan şikayət edilirsə, ora qaz verilir? Deməli, Ağcabədidən şikayət olunanda ora qaz verəcəklər, Zərdabdan şikayət olunmasa, ora qaz verməyəcəklər?”

Deputat aramsız yağan yağışların təbii qazın verilməsində yaranan problemlə heç bir bağlantısının olmadığını vurğulayıb: “Yağışın qaza nə aidiyyəti? Yağış təbii qazın içinə yağır? Problem terminallardadır. İşıq deyil ki, xətt qırıla. Turbalardan gedən qazdır, problemi həll etsinlər. Biz demirik ki, “Azəriqaz” bunu qəsdən edir. Sadəcə, işini yaxşı qursa, bu problemlər həll olunar. Qazın təzyiqinin artırılması noyabr ayında başlayır. Bu il qış bir az tez gəlib, adamlar qazı çox yandırır. Artıq hamı istilik sistemlərini işə salıb. Bu da bir az təbii qazı zəiflədir. Qış rejiminə keçəndə bunlar yoluna düşəcək. Ona görə də “Azəriqaz” qış rejimini 15 gün əvvələ çəkməlidir”.

İnterpress.az