İnterpress.az “CNN”-ə istinadən xəbər verir ki, elani verən adam kiçik elanlar siyahısından körpəsi üçün 5000 avro istəyib. Alman mətbuatının verdiyi xəbərlərə görə, elanı bir ildən bəri Almaniyada yaşayan 28 yaşlı suriyalı şəxs verib.
Onlayn satış saytına bu barədə məlumat verildikdən sonra elan siyahıdan çıxarılıb. Suriyalı ata elanı özü verdiyini boynuna götürüb.
Satış üçün “bazar”a çıxarılan körpəni dövlət öz himayəsinə götürüb.
İnterpress.az