Fəxrəddin Manafov: “Bir də məni 8 il sonra görəcəksiniz” – FOTOLARbackend

Fəxrəddin Manafov: “Bir də məni 8 il sonra görəcəksiniz” – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

gecənin ulduz qonağı xalq artisti Fəxrəddin Manafov olub. Fəxrəddin Manafov 4 illik fasilədən sonra məhz bu tamaşa ilə yenidən teatr səhnəsinə qayıdıb.

Tamaşadan sonra mətbuat nümayəndələrinin suallarına cavab verən xalq artisti uzun müddətdir ki, efirə çıxmamasına aydınlıq gətirib: \”İlk öncə onu deyim ki, bu gün burada olduğum üçün şadam. Televiziyaya çıxmamağıma gəldikdə isə hazırda vaxtım yoxdur, işlərim çoxdur. Televiziyada məni maraqlandıran verilişlər olmur. Ona görə də efirə çıxmağı lazım bilmirəm. Tamaşaçılar bir də məni 8 il sonra görəcəklər\”.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, quruluşçu rəssamı Mustafa Mustafayevdir. “Kazanova: sevgi dərsləri” əsərinin müəllifləri Viktor Korkiya və Aleksandr Lavrindir.

Baş rolu – Kazanova obrazını Rus Dram Teatrının səhnəsində ilk dəfə Azərbaycanın xalq artisti Fəxrəddin Manafov ifa edib. Tamaşada xalq artisti Yuri Baliyev, əməkdar artist Firdovsi Atakişiyev çıxış edib.

Digər obrazları Rus Dram Teatrının aktyorları Murad Məmmədov, Yuri Omelçenko, Yaroslav Trifonov, Rüfət Nəzərov, Boris Brodski, Olqa Arsenteva, Tamilla Abutalıbova, Olesiya Qasımova, Fəridə Nesterenko, Maya Vorobjanskaya, Fatimə Əliyeva və Zümrüd Əliyeva canlandırıb.(musavat)

 Fəxrəddin Manafov: “Bir də məni 8 il sonra görəcəksiniz” - FOTOLAR

 Fəxrəddin Manafov: “Bir də məni 8 il sonra görəcəksiniz” - FOTOLAR

İnterpress.az