Şəhid övladına dövlət niyə valideynlik etməsin? -QƏRARA CAVABbackend

Şəhid övladına dövlət niyə valideynlik etməsin? -QƏRARA CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az -a Milli Məclisin səhiyyə komitəsinin üzvü, millət vəkili Musa Quliyev “Şəhid ailəsi üzvlərinin və valideynlərini itirmiş gənclərin Elmlər Akademiyasının magistraturasında pulsuz təhsil ala bilmələri üçün müəyyənləşdirilən 23 yaş məhdudiyyəti götürülməyəcək. Artıq bu məsələ dəyişməyəcək” Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli açıqlamasına münasibət bildirərkən deyib.

Valideyni dövlət yolunda şəhid olan uşağa dövlət niyə valideynlik etməməlidir? Bu uşaqların arxasında atasının qoruduğu dövlət, cəmiyyət var . Valideyni bu cəmiyyət üçün şəhid olubsa, biz onu məcbur etməməliyik ki, həm oxusun, həm də təhsil haqqını ödəsin: “Cənab prezident İlham Əliyev bu məqamları nəzərə alaraq sərəncamında bu məsələni dövlətin üzərinə qoyub. Bu güzəştlər AMEA-da magistaturada pilləsində oxuyacaq və ya oxuyan tələbələrinə də şamil olunmalıdır. Deyək ki, oğlan uşağıdır. Bir il imtahandan kəsildi. Növbəti il universitetə daxil olur. Təhsil müəssisəsini isə 22 yaşında bitir. Daha sonra hərbi xidmətə gedir. Qayıdıb gələndən sonra isə ya 23 yaşı olur və ya da ki, bir il dövlət hesabına bir il isə öz hesabına oxumalı olur. Və imtiyazdan yararlana bilmir. Axı cənab prezidentin sərəncamı ortadadır. Bu sərəncam ola-ola millət vəkilləri niyə bu qanun qəbul etmirlər? Əmək və Sosial Siyasət komitəsi, Elm Təhsil Komitəsi və digər komitələr bu qanunla bağlı düşünməlidirlər”, – deyə millət vəkili fikirlərini yekunlaşdırıb.

Gülşanə Mustafayeva
İnterpress.az