İnterpress.az “BBC”-yə istinadən xəbər verir ki, Lusia Perez adlı 16 yaşlı qız bu ayın əvvəlində öldürülüb. Bu hadisədən sonra isə qadınlar “Kişi şovinizminə yox!” şüarı ilə meydanlara axışıb.
Argentinada qadına qarşı zorakılıqların səviyyəsi olduqca yüksəkdir, belə ki, hər 36 saatda bir qadın məişət zəmnində baş verən kişi zorakılığından öldürülür. Buna görə ölkədə ciddi qanunvericilik aktları tətbiq olunsa da, vəziyyət olduğu kimi qalır.
İnterpress.az