Bu barədə İnterpress.az– Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, nəticədə 361 qadının sağlamlığına yüngül zərər dəyib, 8 qadın isə öldürülüb. Bundan başqa, 4 qadının sağlamlığına ağır, 25 qadının sağlamlığına isə az ağır zərər vurulub. Cari ilin ilk altı ayında 2 qadın intihar həddinə çatdırılıb. 6 qadını isə öldürməyə cəhd ediblər. 4 qadına müxtəlif üsullarla işgəncə verilib, 12 qadın isə başqa zorakılıq vasitələrinə məruz qalıb.
Gülşanə Mustafayeva
İnterpress.az