İnterpress.az xəbər verir ki, bu barədə \”RİA Novosti\” paytaxt polisindəki mənbəyə istinadən xəbər yayıb.
Məlumata görə, İdlib-ə 1710 nəfər yollanıb. Onlardan 800 döyüşçülərdir.
Qeyd edək ki, Dəməşqdən cənub-şərqdəki şəhər Suriya ordusunun mühasirəsi altında idi. Onun administrasiyası hakimiyyətlə barışıq və atəşin dayandırılması rejiminə riayət etmə haqqında razılaşma imzalayıb.
\”Muadamiyadan döyüşçülərin çıxarılması prosesi bu gün başa çatıb. Şəhəri 1710 nəfər tərk edib. Onlardan 800-ü döyüşçü, 395-i qadın və 515 nəfəri uşaqdır\”, – deyə agentliyə bildirilib. (report)
İnterpress.az