İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Dövlət Dumasının müavini Natalya Poklonskaya Ukrayna höküməti barədə fikirlərini dilə gətirib.
“Əslində Ukrayna liderləri öz ölkələrinə nifrət edərək onu məhv edirlər. Sadə Ukrayna xalqı bunu yaxşı görür. Səbir hamıda var, lakin ən güclü insanın belə səbri tükənir.
Çünki bu çox davam edə bilməz. Tezliklə buna son qoyulacaq. Bütün proseslər, baş verənlər buna gətirib çıxardır ki, insanlar ayağa qalxacaq”- deyə Poklonskaya “Vesti FM” bildirib.
Qeyd olunur ki, Poklonskaya hesab edir ki, hal-hazırda Ukrayna hakimiyyəti xalqı uçuruma aparır.
İnterpress.az