Oliqarxın qızı adət-ənənəyə sadiq qalmadı və… – VİDEObackend

Oliqarxın qızı adət-ənənəyə sadiq qalmadı və… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu yaxınlarda Çeçenistan milyarderi Musa Bajayevin qızı Elina “Dorchester Finance” şirkətinin sahibi Alixan Mamakayevin oğlu Bekxan Mamakayevlə evlənib.

Lakin cütlük çeçen adətlərinə riayət etmədən toylarını avropasayağı keçiriblər. Gəlinin valideyləri Musa və Luiza Bajayevlər toyda iştirak etməyib. Dəbdəbəli toy mərasimi Monte-Karloda Le-Louis elit restoranında keçirilib. Toya sadəcə 100 nəfər çağırılıb, bu isə Çeçen adətlərinə görə çox az sayılır.

Qeyd olunur ki, valideylər dədə-baba qaydalarına riayət etdikləri üçün toyda iştirak etməkdən imtina ediblər.

Gəlin və bəy birlikdə salona daxil olub eyni masada oturublar, bu da öz növbəsində Çeçenistan toy qaydalarına ziddir.

Yeri gəlmişkən gəlinin paltarını Livanlı dizayner Zuxaira Murada hazırlayıb, gəlinliyin dəyəri isə 20 milyon rubl təşkil edib.

Məlumata görə gəlin və bəy bu ilin fevral ayında tanış olublar. 22 yaşlı Eliza Moskva Dövlət Universitetində Beynalxalq Münasibətlər fakültəsində təhsil alır, bəy isə Londonda təhsilini başa çatdıraraq atasının bir neçə şirkətinin başına keçib.

Xatırladaq ki, Musa Bajayev \”Alliance Group\” multi-kompleksin və eləcə də dünyanın platin qrupu metallarının aparıcı istehsalçılarından biri olan \”Rusiya platin\” şirkətinin 40% hissəsinin sahibidir.

İnterpress.azhttps://youtube.com/watch?v=eVwS-7FljgM