İnterpress.az “Sabah”-a istinadən xəbər verir ki, Parisdə Cumhuriyyət meydanında toplaşan polislər böyük bir etiraz aksiyası həyata keçiriblər. Bu həftə bazar ertəsindən bu yana polislər iş şəraitlərinin yaxşı olmamasından şikayət edirlər.
200 nəfərin iştirakı ilə keçirilən aksiyada polislərin bir çoxu mülki geyimlə qatılıb. Daha əvvəl, bazar ertəsi keçirilən aksiyada isə 400 polis iştirak etmişdi. Polislər son dövrdə terror hadisələrinin artması ilə əlaqədar gücləndirilimiş rejimdə daha çox işlədiklərinə görə etiraz ediblər.
İnterpress.az