İnterpress.az “Haberler”-ə istinadən xəbər verir ki, İngiltərənin Mançester şəhərində üç yaşlı qız şokaladın içindən çıxan hörümcəkləri görərək qışqırıb. Balaca qız anasına şokaladın içində hörümcək toru olduğunu və iyrəndiyini söyləyib. Əvvəlcə buna inanmayan ana isə ölü hörümcəkləri gördükdən sonra alış-veriş etdiyi marketi şikayət edib.
Hadisə ilə bağlı araşdırma aparılır.
İnterpress.az