İnterpress.az “Milliyet”-ə istinadən xəbər verir ki,Əli Əkbər Mosul hərəkatında iştirak etmə haqqının yalnız İraq hökümətinə aid olduğunu söyləyib. O qeyd edib: “Bəzi ölkələr İraq hökümətindən icazə almadan bu ölkəyə hərbi qüvvələr göndərir. Bu məsələ beynəlxalq hüquqlara ziddir. Bu ölkələr gələcəkdə oradan miras tələb etmək məqsədilə belə bir şeyə əl atırlar”.
İranın Mosul hərəkatında birbaşa iştirak etmədiyini söyləyən Vəlayəti əlavə edib: “İran əsla bu məsələyə birbaşa qoşulmamışdır. İranın Mosul mövzusunda İraqa verdiyi dəstək məhz İraqdan gələn tələbə əsaslanıb”.
İnterpress.az