İnterpress.az “Milliyet”-ə istinadən xəbər verir ki, iqtisadi böhranın çətin vəziyyətə saldığı Venezuellada enerji kəsintilərinə görə xəstəxanalada morqlar soyudulmayıb, nəticədə çürüyən cəsədlər partlayıb.
Keçən həftə mətbuatda yer alan bir xəbərə görə isə, həbsxanalarda insanların aclıqdan öldüyü, hakim və vəkillərin aylardır maaş almadığı məlum olmuşdu. Tropik iqlim şərtləri altında xəstəxanada Antonio Patrikonun cəsədi əvvəlcə çürüyüb, daha sonra partlayaraq ətrafa zəhərli maddələr tökülüb.
Qeyd edək ki, iqtisadi böhran səbəbilə ölkədə 30 milyon insan səhiyyə xidmətlərindən məhrumdur.
İnterpress.az