İnterpress.az “Sabah”a istinadən xəbər verir ki, 19 oktyabr tarixində dörd ölkənin lideri Ukrayna böhranını müzakirəyə çıxarıblar. İddialara əsasən, Poroşenki bu görüşdə Putinin üzərinə səsini yüksəldərək, atəşi dayandırmağını tələb edib. Lakin, Ukrayna prezidenti bunun doğru olmadığını bildirib və qeyd edib ki, rəsmi görüşlər zamanı heç vaxt səsimi qaldırmıram. Poroşenko atəşkəs çağırışı etdiyini də nəzərə çatdırıb.
İnterpress.az