İnterpress.az xəbər verir ki, bu barədə yaralıların qohumları məlumat verib.
Bildirilir ki, şok vəziyyətində Türkiyənin Ankara şəhərində klinikaya yerləşdirilən xəstələrin vəziyyətlərində irəliləyiş var, müalicələr müsbət nəticə verməyə başlayıb: \”Hələlik hər iki xəstənin klinikanın reanimasiya şöbəsində müalicələri davam etdirilir\”.
Xatırladaq ki, oktyabrın 20-də səhər saat 5 radələrində \”Azəravtoyol\” Açıq Səhmdar Cəmiyyətinin aparat rəhbəri, 1972-ci il təvəllüdlü M.Qurbanovun Hökməli qəsəbəsində yerləşən mənzilində qaz sızmasından partlayış baş verib. Hadisə nəticəsində M.Qurbanov və həyat yoldaşı yoldaşı 1972-ci il təvəllüdlü S.Novruzova və qızı 2004-ci il təvəllüdlü L.Qurbanlı ağır dərəcəli yanıq xəsarətləri alıblar. M.Qurbanov və S.Novruzovanın vəziyyətləri ağır olduğundan onlar Türkiyədəki klinikaya köçürülüblər.
Ailənin digər üzvü – 3 yaşlı Banıçiçək Qurbanlı isə aldığı xəsarətlərdən dünyasını dəyişib.(trend)
İnterpress.az