Avropanın ən təhlükəli siyasətçi qadınıbackend

Avropanın ən təhlükəli siyasətçi qadını

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Avstriyanın “Azadlıqlar Partiyasının “(FPÖ) sədri Haynz Xristian Ştrase, miqrant axınına səbəb olmaqla günahlandırdığı Almaniya kansleri Angela Merkeli \”Avropanın ən təhlükəli siyasətçisi\” olaraq xarakterizə edib.
Ştrase, partiya iclası zamanı çıxış edərkən, Avropaya yönələn miqrant axınının ən böyük günahkarının Merkel olduğunu iddia edib.
“O, Avropanın ən təhlükəli siyasətçisidir. Tolerantlıq siyasəti ilə dünya görüşü Avropaya uyğun gəlməyən, müsəlmanlara, kasıb miqrantlara və qumarbazlara bütün qapıları açıb. Bu addımlar, cəmiyyətimizin təməllərini sarsıtdı.\”-deyə partiya sədri bildirib.
Mövcud vəziyyəti \”fəlakət\” kimi xarakterizə edən Ştrase, miqrantların Avropada vətəndaş müharibəsi yol aça biləcəyi iddiasını ortaya atıb.
Partiya sədri, Avstriya hökumətini isə miqrantlara qarşı heç bir tədbir görməməkdə günahlandırıb.

İnterpress.az