Ukraynada hər gün 44 nəfər SPİD-ə yoluxurbackend

Ukraynada hər gün 44 nəfər SPİD-ə yoluxur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə bu gün qeydə HIV virusu daşıyan 280 mini adam var. Bu şəxslərin təxminən 60 mini 15 yaşdan kiçikdir. Statistikaya görə, Ukraynada QİÇS-in ən məşhur olduğu yerlər Dnepr, Donetsk, Kiyev, Nikolayev və Odessadır. Ən çox cinsi əlaqə ilə yayılır Ölkədə 2008-ci ildən bu yana HIV virusu ən çox cinsi (heteroseksual) əlaqə yolu ilə keçir.
Hadisələrin yüzdə 22-sində yoluxma qan yolu ilə, yüzdə 19-da anadan uşağa keçərək, yüzdə 2-si homoseksual əlaqəylə olur.
UNAIDS-ın məlumatına görə Ukrayna, Avropada HİV virusunun yayılma sürətində liderdir.
Ukrayna, 2015-ci ildən bəri Şərqi Avropada ortalama həyat müddətinin ən aşağı olduğu (71,3 il) ölkələrdən biri hesab olunur.
Ölkədəki ölüm səbəblərinin başında isemik xəstəliklər (hüceyrələrdə bəslənmə pozğunluğu) gəlir.
Bütün ölümlərin yüzdə 50 – si bu səbəbdən irəli gəlir.
Ukrayna, Estoniya, Litva, Belarusiya və Rusiyadan sonra dünyada spirtli içkilərdən zəhərlənməyə görə ölüm hallarında beşinci sıradadır.
Ölkədə hər 100 min adamdan 10,6 – sı spirtli içkilər səbəbiylə həyatını itirir. 100 min qadından beşinin rəhim xərçəngi səbəbiylə öldüyü bildirilir.
Ukrayna bu sıralamada dünyada 14-cü yerdədir.

İnterpress.az