Bunu İnterpress.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
Azərbaycanda nağdsız hesablaşmalarda az istifadə olunduğu üçün qəpiklərə yenə də ehtiyac var. Bu gün supermarketlərdə xırda qəpiklərin istifadə olunduğunu nəzərə alsaq, o baxımdan həmin pulların buraxılışının dayandırılması, təbii ki, mümkün deyil:
“Birmənalı olaraq həmin qəpiklərin buraxılışı davam etdirilməlidir. Çünki əks halda supermarketlərdə vətəndaşların ödəmə imkanları xeyli məhdudlaşacaq. Bu eyni zamanda qiymətlərin yuvarlaqlaşmasına və müəyyən məhsullar üzrə qiymət artımına gətirib çıxaracaq. Amma kiçik qəpiklərin aradan çıxarılmasının doğru yolu nağdsız hesablaşmalardan istifadə edilməsidir. Nağdsız hesablaşmalardan istifadə edilməsi birmənalı şəkildə xırda pullara olan tələbatın azalmasına gətirib çıxaracaq. Nəticədə proses tədricən onların sıradan çıxması ilə nəticələnəcək. Əslində inzibati metodlarla xırda pullara tələbatı azaltmaq mümkün deyil. Bu baxımdan, yararsız qəpikləri dövriyyədən yığışdırmaqla qəpiksiz ödənişlərə keçirilməsi doğru addım olmazdır”.
Gülşanə Mustafayeva
İnterpress.az