İnterpress.az “Milliyet”ə istinadən xəbər verir ki, Ağ Evin sabiq Orta Şərq koordinatoru Flip Qordona maraqlı bir sual yönəldilib: “Əsədə sui-qəsd təşkil etmə fikrinə necə baxırsınız?” Qordon bu suala belə cavab verib: “Bu qanuna ziddir, üstəlik Rusiya və İranın bölgədəki maraqları yenə də öz aktuallığını qoruyub saxlayacaq. Yəni Əsədin öldürülməsi onsuzda heç nəyi dəyişməyəcək”.
Xatırladaq ki, 1976-cı il verilən qanuna əsasən, hökümət siyasi cinayətdə və siyasi cinayət hazırlığında iştirak edə bilməz.
İnterpress.az