Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1939-cu il təvəllüdlü Qasımova Firəngiz Hənifə qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 12:34-də başa çatıb.
İnterpress.az