Valideyn komitələri – yoxsa,   müəllimlərin “pul yığanları”?..backend

Valideyn komitələri – yoxsa, müəllimlərin “pul yığanları”?..

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Valideyn komitə rəhbərlərinin əsas işi sinifdə problemi olan hansısa şagirdlə bağlı məlumatı onun sinif rəhbərinə çatdırmaq və ya həmin sinifdə təhsil alan digər şagirdlərin valideynləri ilə görüşüb tədrisin keyfiyyətini müzakirə etməkdir. Amma reallıqda biz nə görürük?

Mövzunu İnterpress.az-a şərh edən təhsil üzrə ekspert Kamran Əsədov bildirir ki, bir çox məktəbdə valideyn komitələri adlı qurumlar fəaliyyət göstərir ki, bu komitələrin də böyük əksəriyyətinin fəaliyyəti xarici təcrübədən fərqli olaraq, şənlik, qonaqlıq və ad günü kimi tədbirləri təşkil etmək və ya keçirməkdən ibarətdir: “Yəni onlar öz işlərini uşaqların təhsil almasına diqqət etməkdənsə, sinifdəki şagirdlərdən hər hansı bayram şənliyinin təşkili, xüsusi günlərdə müəllimlərə hədiyyələr alınması, bu və ya digər məqsədlər üçün pul yığılmasını təşkil etməklə həyata keçirirlər. Uzun müddətdir ki, fəaliyyət göstərən valideyn komitələri valideyn komitələri tədris müəssisələri və valideynlər arasında əsas körpüyə çevrilməli idi. Lakin bu halın baş verməsini izah edən ekspert bildirir ki, əgər məktəblərdə bu komitələr varsa, onlar, yəni valideyn komitələri öz fəaliyyətləri barədə hesabat hazırlamalı, onları xüsusi stendlərdə yerləşdirməlidirlər. Bunlar olmadığına görə effektsiz bir təkşilata çevrilib. Əslində bu komitə bizə təzə deyil, hələ sovetlər dövründə də var idi. Amma sovetlər dövürdə valideyn komitələri valideynləri maarifləndirmək, onları məktəbdə keçirilən tədbirlərdə, görüşlərdə iştiraka cəlb etmək məqsədi daşıyırdı. İndi isə valideyn komitələrinin rəhbərləri müəllimlərin \”pul yığanı\” funksiyasını həyata keçirir. Mən xatırlayıram ki, Təhsil Nazirliyi də bu komitənin aidiyyati üzrə fəaliyyət göstərməməsindən xəbərdardır. Məhz ona görə ötən ildən Təhsil Nazirliyi 50-dən çox məktəbdə pilot layihə formasında yeni icmalar yaradıb”.

Bu icmaların fəaliyyəti şəffaf olarsa, qayda-qanun da olacaq. Yəni həmin icmaların əli ilə müəllim müxtəlif məqsədlər üçün valideynlərdən pul yığa bilməyəcək:“Onların fəaliyyətinə elə valideynlərin özü nəzarət etdiyindən, icmalara ictimai nəzarət olacaq. Bu icmalar valideynlərlə məktəb arasında əlaqələrin yaranmasına, möhkəmlənməsinə bir qapı açacaq. Bilirsiz, valideyn icmaları elə olmalıdır ki, məktəbin qarşısında dayanan vəzifələri bilsin və yardımçı olsun. Əlbətdə ki, yardımçı deyəndə maddi yardımı nəzərdə tutulmur. Orta məktəblərdə yaşanan neqativ halları məktəb rəhbərliyi valideyn icmasının rəhbərliyi ilə aradan qaldırmalıdır. Bundan başqa Təhsil Nazirliyi bu ildən etibarən “Məktəblinin Dostu” pilot layihəsidə həyata keçirməyə başlayıb. Əlbətdə ki, bu yeniliklərin hər biri, orta məktəbdə fəaliyyətsiz ştat vahidlərini və komitələrin işləyən, aktiv kadrlarla əvəzlənməsini və orta məktəblərə yeni nəfəs, ruh gətirilməsi məqsədini güdür”.

Gülşanə Mustafayeva
İnterpress.az