Uşaq dünyaya iki dəfə gəldibackend

Uşaq dünyaya iki dəfə gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Haberler”ə istinadən xəbər verir ki, Texasda hamiləliyin 16-cı həftəsində körpənin iliyində bədxassəli şiş aşkar edilib. Həkimlər buna görə hamiləliyin süni yolla sona çatdırlmasını məsləhət görüb, lakin ailə buna razılıq verməyib. “CNN”ə müsahibə verən qadın bildirib ki, biz körpəmizi öldürmək əvəzinə ona bir həyat şansı verdik.
Hamiləliyin 23-cü həftəsində artıq şiş ürəyi sıxmağa başlayıb, buna görə də körpə ana bətnindən götürülərək əməliyyat olunub. Əməliyyat zamanı körpənin ürəyi dayanıb. 20 dəqiqə davam edən tibbi müdaxilədən sonra isə 500 qram çəkiyə malik olan uşaq təkrar ana bətninə yerləşdirilib. Körpə möcüzəvi şəkildə inkişaf etməyə davam edib.
İkinci dəfə də qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpəni həkimlər müalicə edərək sağlamlığına qovuşdurub.

İnterpress.az