İnterpress.az “Rudaw”a istinadən xəbər verir ki, bu barədə Naquib İsveçrədəki “Le Matin” qəzetinə açıqlama verib. İş adamı bu sözləri söyləyib: “Alacağım adalara müharibədən qaçanları yerləşdirmək istəyirəm. Layihəmi həyata keçirmək üçün indidən ada sahibləri ilə görüşməyə və razılaşmağa başlamışam. Adalardan birinə Alan adını vermək istəyirəm, çünki Alan bütün dünyadakı sığınacaq axtaranları təmsil edir.
Xatırladaq ki, Türkiyənin Bodrum bölgəsinə cansız bədəni ilə sahildə tapılan Alan Kurdi, bütün dünyada müzakirə mövzusuna çevrilmişdi.
İnterpress.az