İnterpress.az xəbər verir ki, onlar 11-i kişi və 3-ü qadın olmaqla çeçendirlər.
Məlumata görə, saxlanılanlar sığınacaq axtaran və qeydiyyatdan keçmiş qaçqınlardır və hazırda Almaniyada yaşamağa icazə verilməsi ilə bağlı qərar gözləyirlər.
Almaniya hüquq-mühafizə orqanlarının verdiyi məlumata əsasən, onlardan 28 yaşlı kişi Suriyada İŞİD terror qruplaşmasına qoşulmağı planlaşdırırmış.
Almaniya prokurorluğu onu ölkə ərazisində terror aktı planlaşdırılması şübhəsi ilə 2015-ci ilin sonundan etibarən müşahidə edib.
Digər 13 şübhəli 21-31 yaş arası gənclərdir. Hazırda onlar terrorçuluğun maliyyələşdirilməsi şübhəsi üzrə yoxlanılırlar. (report)
İnterpress.az