İnterpress.az xəbər verir ki, polis bələdiyyə binasında və saxlanılan şəxslərin evlərində axtarış aparıb.
Gülten Kışanak bu gün Ankarada çevriliş komissiyasına ifadə verdikdən sonra Diyarbakıra qayıdıb və elə Diyarbakır hava limanında da saxlanılıb. Eyni vaxtda polis bələdiyyə binasına əməliyyat təşkil edib və Fırat Anlı da tutulub.
Diyarbakır prokurorluğunun apardığı bir terror istintaqı çərçivəsində saxlanıldıqları bildirilən Kışanak və Anlı polis idarəsinə aparılıb.
Hadisə ilə bağlı məlumat yayan Diyarbakır Prokurorluğu bildirib ki, Gülten Kışanak PKK terror təşkilatına üzv olmaqda, Fırat Anıl isə dövlət torpaqlarının bir hissəsini özəlləşdirməkdə ittiham olunur.
İnterpress.az