İnterpress.az “AzərTac”a istinadən xəbər verir ki, dövlət başçısının mətbuat xidmətinin məlumatında Nazirlər Kabinetinin istefasının dörd deputat fraksiyası arasında saziş əsasında təşkil olunan parlament koalisiyasının statusunun itirilməsi səbəbindən qəbul edildiyi deyilir.
Fərmana əsasən baş nazirə, onun müavinlərinə, hökumət üzvlərinə, həmçinin administrativ idarə rəhbərlərinə yeni hökumət heyəti və administrasiya idarələrinin rəhbərləri təyin olunana qədər vəzifələrini icra etmək tapşırılıb.
İnterpress.az