İnterpress.az “CNN”ə istinadən xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA məlumat yayıb. Kral bildirib: “Suriya krizisindən çıxılması, çətinliklərin minumuma endirilməsi və gözləntilərin reallaşdırılması mövzusunda Suriya xalqının yanındayıq. Səudiyyə Ərəbistanı “Cenevre-1” bəyanatına əsalanan siyasi həll yolunu dəstəkləyir”.
Qeyd edək ki, “Cenevre-1” sənədi 30 iyun 2012-ci ildə Suriyada yaranan problemlərin həlli istiqamətində atılmış ilk addım idi.
İnterpress.az