İran XİN: “Xəzərin statusu ilə bağlı ilkin razılıq əldə olunub”backend

İran XİN: “Xəzərin statusu ilə bağlı ilkin razılıq əldə olunub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi açıqlama verib. Məlumatda bildirilir ki, əldə olunan digər razılıq Konvensiya layihəsinin bəndləri ilə bağlı əsas müzakirələrin aparılması ilə bağlıdır.
Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən toplantıda dənizçilik, tranzit və tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub. Prezidentlərin Qazaxıstanda keçiriləcək sammitində imzalanacaq sənədlərin hazırlanmasını sürətləndirmək qərara alınıb.
İşçi qrupun növbəti yığıncağı Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək.

İnterpress.az