İnterpress.az “Milliyet”ə istinadən xəbər verir ki, İran səfiri İranın bu qərarına sərt reaksiya bildirib: “Çevriliş cəhdi olan gecə Türkiyə İranın turizm şirkətlərinin ölkədəki fəaliyyətini məhdudlaşdırdı. Bir ay müddətində də bu qərar qüvvədə qaldı. Nəticədə zərər görmüş şirkətlərə təzminat tələbi çox yersiz addımdır”.
Səfir həmçinin İrandan Türkiyəyə gələn insanların statistikasını çıxararaq, göstərib ki, bu il Türkiyəyə gedən turist sayı 30% aşağı düşüb. Bunun əsas səbəbi isə Türkiyənin yox, İranın qoyduğu məhdud şərtlərdir.
İnterpress.az