İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, körpə uşaq gülüşüylə internetdə fenomen olub. Hər şey, anasının bir uşaq geyim markasının reklam üzü axtarması elanını görməsi ilə başlayıb. Ana dərhal agentliklə əlaqə yaradıb. Aşerin fotoşəkilini göndərib. Daun sendromlu Aşer üçün reklam agentliyindən xəbər almayan ana yenidən onlarla ələqə saxlayır. Aldığı cavab belə idi: “Göndərdiyiniz fotoşəkili qəbul etmirik, çünki şirkət xüsusi ehtiyacları olan bir uşaq axtarmır”.
Aldığı cavabdan narahatlıq keçirən ana hərəkətə keçir. Uşaq modasında gözəllik tərifini dəyişdirmək üçün ictimai mediada bir kampaniya başladır. Yalnız öz oğlunun da reklamlarda oynaya bilməsi üçün deyil, reklam sektorunun daha əhatəedici olması üçün mübarizəyə aparır. 15 aylıq Aşerin şəkilləri və videoları sosial mediada sürətlə yayılmağa başlayır. Bu yaxınlarda uşaq geyim firması, Aşer və anası ilə əlaqəyə yaradıb. Onlar “xüsusi uşaqlara hər zaman ehtiyacımız var” deyərək ana ilə reklam çəkilişləri üçün müqavilə bağlayıblar.
İnterpress.az