İnterpress.az “AzVision”a istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
“Birmənalı olaraq deyə bilərəm ki, bizim bu məsələ ilə bağlı yanaşmamız əvvəl olduğu kimi bu gün də belədir. Hər bir Suriya ermənisinin Ermənistana gəlmək hüququ var. Bundan əlavə, əgər hər hansı bir erməni Suriyanı tərk edirsə, onun Ermənistana gəlməsi daha arzu olunandır. Biz həmin adamların zamanla cəmiyyətimizə inteqrasiya etmələri və problemlərini həll etmələri üçün onları minimum yaşayış tələbləri ilə təmin etməyə hazırıq”, – deyə Sarkisyan İrəvanda Suriyadakı erməni icmalarının nümayəndələri ilə görüş zamanı bildirib.
İnterpress.az