Bağlanan bankların əmanətçilərinə kompensasiya ödənilibbackend

Bağlanan bankların əmanətçilərinə kompensasiya ödənilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən xəbər verir ki, \”Parabank\” ASC-nin qorunan əmanətçilərinə 34 mln. 591 min manat, \”Zaminbank\” ASC-nin qorunan əmanətçilərinə 51 mln. 34 min manat, \”Kredobank\” ASC-nin qorunan əmanətçilərinə 26 mln. 136 min manat və \”Dekabank\” ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 887 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 114 mln. 648 min manatdan artıq kompensasiya verilib.
\”Atrabank\” ASC-nin qorunan əmanətçilərinə 14 mln. 140 min manat, \”Qafqaz İnkişaf Bankı\” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 880 min manatdan artıq kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. manatdan artıq kompensasiya ödənilib.
\”Bank of Azerbaijan\” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 117 min, \”Gəncəbank\” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, \”Texnikabank\” ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 978 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. manatdan artıq kompensasiya ödənilib.
\”Bank Standard\” QSC-nin qorunan əmanətçilərinə 353 mln. 545 min manat artıq kompensasiya ödənişi baş tutub.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 629 mln. 193 min manatdan artıq kompensasiya ödənilib.

İnterpress.az