İnterpress.az “AzVision”a istinadən xəbər verir ki, bu barədə “Politico” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin xəbərinə görə, həlləlik Klinton və onun nümayəndələri tərəfindən Baydenə bununla bağlı təklif verilməyib.
Dövlət katibi postuna daha bir namizəd var. Bu, dövət katibinin sabiq müavinləri Uendi Şerman, Bill Berns, Stroub Telbot və Nikolas Berns, Dövlət katibinin sabiq köməkçisi Kurt Kempell və admiral Ceyms Stavridisindir.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-ində keçiriləcək. Prezidentlik postu uğrunda Hilari Klintonla Donald Tramp mübarizə aparacaq.
Hazırda ABŞ-ın dövlət katibi Con Kerridir.
İnterpress.az