90 yaşında ölən iş adamı mirasını katibəsinə veribbackend

90 yaşında ölən iş adamı mirasını katibəsinə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İtalyanın qabaqda gədən supermarket zəncirlərindən “Esselunga Nın”-nun sahibi Bernardo Caprotti, 30 Sentyabrda dünyasını dəyişib.
Milyoner iş adamının ölümündən sonra maraqla gözlənilən mirası açıqlanıb.
Caprotti, varidatının yarısına bərabər gələn 75 milyon avronu və iki qiymətli rəsm əsərini 48 il boyunca katibəliyini etmiş olan 68 yaşında olan Germana Ciodiyə buraxıb.
Mirasın qalan hissəsinin isə Caprottinin 5 qardaşı oğlu arasında paylaşdırıldığı bildirilib.
İş adamı, holdinqinin hissələrinin yüzdə 70 – ini yoldaşı Giuliana Albera və qızı Marinaya, geriyə qalan hissələri isə ilk evliliyindən olan uşaqları Giuseppe və Violettaya bağışlayıb.
Vəsiyyətnamədə İllər boyunca katibəsini ona sadıq olduğunu vurğulayan iş adamı ona ayrıca təşəkkürünü bildirib və ailəsindən katibəsinə buraxdığı mirasa görə qalmaqal salmamaqlarını rica edib.
Qeyd olunur ki, holdinqdə çalışan 22 işçinin içində yalnız katibəyə miras buraxılıb.
“Mən onun sağ qolu və sadiq bir dostu idim. Mən həmişə onun yanında idim və və bu qədər müvəffəqiyyətə çatmasının, yüksəlməsinin şahidi yalnız mən idim. O qədər yaxın olmağımıza baxmayaraq, ona həmişə \’siz\’ deyə müraciət edirdim. 2008-ci ildə təqaüdə çıxmağıma baxmayaraq, o mənim şirkətdən buraxmadı”.
“Mən 48 il boyunca həftənin 6 gününü 10 saat çalışmışam. Mirasdan mənə pay düşəcəyini bilirdim. Çünki o həmişə hamıya əl tutub, kömək edib. Mirasımdan mən də pay verəcəm”-deyə Ciodi bildirib.

İnterpress.az