Lavrov: “Orta Şərqdə itirə də bilərik”backend

Lavrov: “Orta Şərqdə itirə də bilərik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Rudaw”a istinadən xəbər verir ki, Sergey Lavrov terrorist qruplaşmaların qarşısının alınmayacağı təqdirdə nəinki Suriyada, bütün Orta Şərdə itirə biləcəklərini qeyd edib. O bildirib: “Terroristlərlə mübarizə səyləri gücləndirilməlidir, bunun başqa alternativi yoxdur. Əks təqdirdə biz bu savaşı yalnız Suriyada yox, bütün Orta Şərqdə itirmə riskini götürmüş olacağıq”. Həmçinin Rusiyanın xarici işlər naziri, Suriyaya yenə də dəstək verəcəklərini vurğulayıb.
Suriyanın xarici işlər naziri Muallim isə Rusiyanın və İranın terrorizmlə mübarizə səylərini təqdir edib. Həmçinin bu sözləri əlavə edib: “Dövlət başçısı Bəşər Əsəd bizə kömək etdiyi üçün Vladimir Putinə təşəkkürlərini çatdırmağımı istəyib. Rusiyaya minnətdarıq”.

İnterpress.az