İnterpress.az xəbər verir ki, forumda Azərbaycandan millət vəkillərindən, elm, mədəniyyət və incəsənət xadimlərindən ibarət nümayəndə heyəti iştirak edib.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalov yaradılmış müasir infrastruktur, milli adət-ənənələrin qorunub saxlanması, eləcə də şəhərdə keçirilən beynəlxalq tədbirlər haqqında geniş məlumat verib. Bildirib ki, Gəncə bu gün Avropanın ən sivil şəhərləri ilə müqayisə olunacaq səviyyədədir.
Daha sonra Gəncənin tarixi, mədəniyyəti, inkişafı və şəhərdə keçirilən beynəlxalq tədbirlərdən bəhs edən film forum iştirakçılarının diqqətinə təqdim olunub.
Sonda Gəncə Dövlət Filarmoniyasının muğam ifaçıları konsert proqramı ilə çıxış ediblər.
İnterpress.az