İnterpress.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini imzalanma mərasimindən əvvəl keçirilən Avropa ittifaqı-Kanada sammitindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
F. Moqerini nəhayət, müqavilənin bu gün imzalanacağından çox şad olduğunu söyləyib.
ABŞ-la azad ticarət zonası ilə bağlı danışıqların davam etməsi barədə sualı isə Avropa İttifaqın ticarət məsələləri üzrə komissarı Sesiliya Malmstrem cavablandırıb. S. Malmstrem deyib ki, ABŞ-la danışıqlarda irəliləyişlərə nail olunub, ancaq seçkilərdən sonra ABŞ-da formalaşacaq yeni administrasiyanı gözləməlidirlər. (apa)
İnterpress.az