Azərbaycan “Xeyriyyə bazarı”nda təmsil olunubbackend

Azərbaycan “Xeyriyyə bazarı”nda təmsil olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın bu ölkədəki səfirliyindən bildiriblər ki, “Xeyriyyə bazarı”nda İordaniyada akkreditə olunmuş 50-dən artıq səfirlik, beynəlxalq təşkilat və xeyriyyə təşkilatları iştirak edib.

Azərbaycanın İordaniyadakı səfirliyi hər il olduğu kimi, bu il də sözügedən tədbirdə xalqımızın mədəniyyətini, tarixi irsini, milli musiqi alətlərini əks etdirən suvenirlər, şərab və milli geyim nümunələri ilə təmsil olunub. Tədbirdə, həmçinin İordaniyada yaşayan həmvətənlərimiz də yaxından iştirak ediblər.

Açılış mərasimindən sonra şahzadə Basma bint Talal Azərbaycanın guşəsini ziyarət edib və orada nümayiş etdirilən eksponatlarla tanış olub. Şahzadəyə qiymətli hədiyyələr təqdim edilib.

Səfirlik satışdan əldə edilən vəsaiti Umm Hüseyn Xeyriyyə Fonduna köçürüb.

Tədbir İordaniya KİV-ləri tərəfindən geniş işıqlandırılıb.

İnterpress.az