“Prezident üsul-idarəsinə keçilməzsə, Türkiyənin bölünmə riski var”backend

“Prezident üsul-idarəsinə keçilməzsə, Türkiyənin bölünmə riski var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul təşkilatının Məclisində çıxışı zamanı B. Yıldırım deyib ki, Türkiyədə prezident üsul-idarəsində ölkənin unitarlığı qorunacaq.
Baş nazir Türkiyədə prezident üsul-idarəsinin tətbiq olunmasından sonra ölkənin bölünəcəyi ilə bağlı iddiaların əsassız olduğunu vurğulayıb: “Heç bir belə yalan bəyanatlar verməsin. Əslində prezident üsul-idarəsinə keçilməzsə, Türkiyənin bölünmə riski var. Mən bunu açıq-aşkar bəyan edirəm. Prezident üsul-idarəsinə keçilməsi ölkənin federallaşması demək deyil. Unitar dövlətlərdə də prezident üsul-idarəsi var”.
Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu dəfələrlə prezident üsul-idarəsinin tətbiq edilməsindən sonra Türkiyənin bölünəcəyi ilə bağlı bəyanatlar səsləndirib.

İnterpress.az