Rusiyada azərbaycanlı özünə sui-qəsd edibbackend

Rusiyada azərbaycanlı özünə sui-qəsd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, hadisə Çexov küçəsində yerləşən ev 14/4-də baş verib.
1990-cı il təvəllüdlü gənc sevdiyi qızın yaşadığı binaya gələrək onu mənzilin girişində bıçaqlayıb. Döş və qarın nahiyələrindən bıçaq xəsarətləri alan 25 yaşlı qız hadisə yerindən qaçmağı bacarıb və ətrafdakıları köməyə çağırıb. Gənc oğlan isə 9-cu mərtəbənin pəncərəsindən yıxılaraq ölüb. Onun hadisəni törətdikdən sonra özünə qəsd etdiyi də bildirilir.
Yaralı qız isə ağır vəziyyətdə yerli xəstəxanalardan birinin Reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, hadisədən bir müddət əvvəl gənc oğlan qızdan sevgi hisslərinə rədd cavabı aldığı üçün onu öldürəcəyi ilə hədələyib. Qızın polisə şikayətindən sonra o, Azərbaycana deportasiya olunub. Lakin o, qısas almaq üçün yenodən Surquta qayıtmağı bacarıb.

İnterpress.az