Badamdarı sökürlərbackend

Badamdarı sökürlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Interpress.az-a Səbail rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirlib ki, Badamdar qəsəbə nümayəndəsi Zaur Əliyevin verdiyi məlumata görə, Səbail rayon İcra Hakimiyyəti tərəfindən bu işlərə texnika və işçi qüvvəsi cəlb olunub və bir neçə gün ərzində 3,4 ha ərazidəki hasarlar və qanunsuz tikililər sökülərək ərazi təmizlənib. Artıq 6 ha yaxın yeni ərazidə qeyri-qanuni zəbt olunmuş torpaq sahələrinin təmizlənərək dövlətə qaytarılması prossesinə başlanıb.

Araşdırmalar zamanı torpaq sahələrinin bəzi işbazlar və torpaq alverçiləri tərəfindən köhnə tarixlə hazırlanmış saxta sənədlər əsasında rəsmiləşdirilməyə cəhdlər olunduğu müəyyən olunub, qanunsuz torpaq zəbti və qeyri-qanuni tikinti işləri ilə bağlı materiallar və saxta sənədlər müvafiq tədbirlərin görülməsi məqsədi ilə Prokurorluq orqanlarına göndərilib.

Səbail rayon İcra Hakimiyyəti tərəfindən Badamdar ərazisində qanunsuz torpaq sahələri zəbti və tikintilərlə bağlı araşdırmalar və torpaq sahələrinin inventarlaşdırılması işləri daha qətiyyətlə davam etdirilir.
Interpress.az