Jirinovski: “Heç kim Ərdoğanı devirə bilməz”backend

Jirinovski: “Heç kim Ərdoğanı devirə bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Milliyet”ə istinadən xəbər verir ki, Rusiyanın dövlət televiziyası “Rossiya 1”-də yayımlanan “Voskresenniy Veçer” proqramında iştirak edib. Jirinovski yayım zamanı bu sözləri deyib: “Bizim Türkiyə ilə bağlı beynəlxalq siyasi proseslərə müdaxilə etməyimiz vacibdir. Ərdoğanı dəstəkləməliyik. Ərdoğan bizim adamımızdır, onu devirməyə heç kəs cəsarət edə bilməz”.
Jirinovski sözlərinə belə davam edib: “Cənub sərhədlərini Ərdoğana əmanət edək, Suriya və İraqda istədiyini etsin. Sonra İran da bizimlə olacaq”.
Jurnalist Vladimir Solovyovun aparıcılıq etdiyi verilişdə Jirinovski bəzi ekspertlərin Türkiyə əleyhinə olan fikirlərinə də etiraz edib.

İnterpress.az