“Cəhənnəmdən sağ döndüm”backend

“Cəhənnəmdən sağ döndüm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, millət vəkili Nadejda Savçenko Moskvada ukraynalı Nikolay Karpyuk və Stanislav Kluhomla görüşü barədə məlumat verib.
“Mən ikinci dəfə cəhənnəmdən diri halda dönə bildim. Yeganə təskinliyim Nikolay və Stanislavla görüşüm oldu. Duzdür canlı olmadı, video vasitəsilə görüşdüm. Nikolayın sözlərinə görə o ukraynalı olduğu üçün, patriot olduğu və heç kimdən qorxmadığı üçün həbs edilib. Mənə isə Nikolay bunları dedi ki, mənə göz yaşları ilə yazılmış məktublar yollamayın. Siz nə edirsinizsə Ukraynaya görə edirsiniz və bunu etməlisiniz. Bizə fikir verməyin. Hər şeyə hakim Allahdır!”.

Savçenkonun sözlərinə görə, Nikolay və Stanizlav və eləcə də bütün məhbuslar üçün mübarizə aparmaq mütləqdir.
Qeyd olunur ki, 1994-cü ilin sonunda və 1995-ci ilin əvvəlində Stanislav Kluhom və Nikolay Karpyuk Çeçenistanda Rusiya qüvvələrinə qarşı mübarizə aparmışdır.
26 may 2016-cı ildə Çeçenistan ali məhkəməsi Nikolay Karpyuka 22.5 il, Stanislav Kluhoma isə 20 il həbs cəzası verib.

İnterpress.az