Klinton-un elektron məktubları…backend

Klinton-un elektron məktubları…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Harry Reid, FBI direktoru James Comey-i məmurların seçkiyə təsirini qadağan edən aktı pozmaqda ittiham edib.
FBI-ın bu məlumatla bağlı sorğusu ABŞ prezident seçkilərinə iki həftədən az vaxt qaldığı dönəmə təsadüf edib.
Büro həmçinin Klintonun yardımçısına məxsus olan emailləri araşdırmaq üçün order alıb.
Huma Abedin-dən gələn məktublar onun keçmiş həyat yoldaşı, sabiq konqresmen Anthony Veiner-in laptopunda tapıldığı güman edilir.
650 min elektron məktubun araşdırlması lazımdır ki, müstəntiqlərin onlar barədə seçkidən öncə qərar verəcəyi çətin görünür.
FBI hesab edir ki, elektron məktublar xanım Klinton-nun Obama administrasiyasında işlədiyi dövrdə şəxsi serverdən istifadə etməsinə \”uyğun\” ola bilər.
Xanım Klinton-a qarşı balladılan iş hər hansı ittiham irəli sürülmədən iyul ayında bağlanıb.

\”Partizan hərəkəti\”

Məktubda cənab Reid cənab Comey- ittiham edərək yazıb ki, o bir partiyanın üzərindən digərinə kömək etmək üçün ikili standart tətbiq edir.
\”Partizan hərəkətlərinizlə siz qanunu pozmuş ola bilərsiniz\”, o deyib.
O həmçinin cənab Comey-i \”Donald Tramp və onun baş məsləhətçisinin Rusiya hökuməti ilə sıx əlaqəsi haqda səs-küylü məlumatı\” gizli saxlamaqda ittiham edib.
\”Xalqın bu məlumatı bilmək haqqı var. Mən sizə bir neçə ay öncə bu məlumatı xalqa söyləməniz üçün məktub yazaraq çağırış etmişəm\”, cənab Reid deyib.
New York Times-a yazısında o deyib: \”Mən heç vaxt düşünməzdim ki, FBI öz araşdırmalarında hansısa siyasi oyuna sürüklənə bilər. Bu həftəyə qədər.\”
Xanım Klinton-nun elektron məktub mübahisələri yenidən gündəmə gələnə qədər rəy sorğuları onun Donald Tramp-ı qabaqladığı görünürdü.
Bazar günü dərc olunan ABC News/Washington Post sorğusu göstərib ki, xanım Klinton rəqibindən indi cəmi bir faiz irəlidədir. (bbc)

İnterpress.az