Ermənistanın cəbhədə gərginlik cəhdlərinin əsl səbəbi nədir?backend

Ermənistanın cəbhədə gərginlik cəhdlərinin əsl səbəbi nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mövzunu İnterpress.az-a şərh edən politoloq Elçin Mirzəbayəli bildirir ki, birinci səbəb Ermənistan rəhbərliyi hər zaman olduğu kimi diqqəti daxili problemlərdən yayındırmaq istəyir və bunun üçün ənənəvi metodlardan istifadə edir:“ İkinci isə Ermənistan ordusunda ziddiyyətlərin dərinləşməsi, \”Ermənistan klanı\” ilə \”Qarabağ klanı\” arasında ixtilafların yenidən baş qaldırması, siyasi və ordu rəhbərliyində təmsil olunan şəxslərin bir-birinin əleyhinə kompramat savaşına çıxmaları və qarşılıqlı olaraq təxribatlara əl atmalarıdır. Üçüncü isə Ermənistanın aprel döyüşlərindəki məğlubiyyətindən sonra revanş cəhdi və əvvəlki mövqeləri əldə etmək niyyəti, dördüncü Azərbaycanın Qarabağın yekun statusu ilə bağlı mövqeyini bir dəha açıqlaması və bu mövqenin dəyişməz olduğunu bəyan etməsi, beşinci həmsədr ölkələrin riyakar siyasəti və işğalçı ilə bağlı cəzasızlıq mühitinin davam etməsi, Ermənistana qarşı gözlənilər sanksiyaların tətbiq olunmamasıdır”.
Təxribat davam edərsə mövqeymizi ortaya qoymalıyıqmı? sualına cavab verən politoloq bildirir ki, şübhəsiz ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə nəzarət edir və əgər bu təxribatlar davam edəcəksə, o zaman Ermənistan çox ağır itkilərlə üz-üzə qalacaq: “ Müdafiə Nazirliyinin açıqlamalarına gəldikdə isə, ənənəvi açıqlamalardır və mövcud vəziyyət haqda həm ölkə, həm də beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına xidmət edir. Mən hesab etmirəm ki, Müdafiə Nazirliyinin açıqlamaları Silahlı Qüvvələrimizin döyüş hazırlığı ilə bağlıdır. Çünki Azərbaycan Silahlı Qüvvələri daim döyüşə hazır vəziyyətdədir və nə qədər ki, işğala son qoyulmayıb, bu, belə də olacaq”.

Gülşanə Mustafayeva
İnterpress.az